ABŞ-ın dollar qərarı azərbaycanlıları hərəkətə keçirdi (FOTO)

ABŞ-ın dollar qərarı azərbaycanlıları hərəkətə keçirdi (FOTO)
17:13 17 Dekabr 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Federal Ehtiyat Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25%-dən 0,5%-ə faizə qədər yüksəltməsi Azərbaycanda da insanlar arasında dolların bahalaşacağı fikrini formalaşdırıb. Bu da öz növbəsində əhalinin dollar alqı-satqısı mərkəzlərinə üz tutmasına səbəb olub.

ANS PRESS-in məlumatına görə, mübadilə ilə məşğul olan şəxslər də bu gün səhərdən başlayaraq dollar satışında artım olduğunu etiraf edirlər.

Valyuta dəyişmə fəaliyyəti ilə məşğul olan Rəşad İsmayılov deyir ki, bu gün səhərdən etibarən ona məxsus mübadilə məntəqəsində canlanma hiss olunmağa başlayıb: "Onu deyə bilərəm ki, əvvəlki günlərlə müqaisədə bu gün təxminən 10% daha çox dollar satmışam.

Alıcılarla söhbət etdiyimdə özüm də nə üçün bu gün dollara daha çox maraq göstərdiklərini soruşuram. Vətəndaşlar isə birmənalı olaraq ABŞ valyutasının bahalaşacağından ehtiyat etdikləri üçün pullarını həmin valyuta ilə saxlamaq istədikərini bildirirlər. Düşünürəm ki, gələn günlərdə də bu artım davam edəcək. Vətəndaşların vəsaitlərini dəyişəcək kifayət qədər dollar ehtiyatımız da var", -deyə R. İsmayılov bildirdi.


Mübadilə məntəqələrindəki qiymətlər

Şəhər sakini İlham Mustafayev də əlində olan manatı dollara çevirən vətəndaşlardan biridir. Deyir ki, ölkəmizdə gec-tec dolların bahalaşması olacaq. Ona görə də pulunu dollara çevirir:

"Düşünürəm ki, bundan sonra dollar daha aşağı düşməz. Əlimdə də bir az pul vardı. Onsuzda fevral devalivasiyasından əvvəl pulumu dollara çevirmədiyimə peşmanam. İndi isə riskə gedə bilmərəm. Ona görə də öz pulumu dollara çevirirəm".

Mərkəzi Bank bu gün üçün dolların rəsmi məzənnəsini 1.0499 AZN müəyyən etsə də, mübadilə məntəqələrində dollar 1.056 AZN-ə satılır.

Ötən gün ABŞ federal rezerv sistemi baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırıb. Bu barədə Federal Ehtiyat sisteminin saytında məlumat verilib. Buna qədər FRS-in baza dərəcəsi 0-0,25 faiz arasında dəyişirdi.

Bildirilir ki, bu, ABŞ tarixində ən aşağı göstəricidir və 2008-ci ildən bu yana qüvvədə idi. Dərəcə 2007-2008-ci illərdə baş vermiş böhran səbəbindən ABŞ iqtisadiyatına dəstək məqsədi ilə endirilmişdi.



FRS bildirib ki, ölkədə iqtisadi fəallıq mülayim templə artır. Mənzil sektorunda davamlı yaxşılaşma müşahidə edilir və işsizlik aşağı düşür. FRS iqtisadi perspektivi nəzərə alaraq və gələcək iqtisadi nəticələrə təsir məqsədi ilə baza dərəcəsini dəyişir.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə ANS PRESS-ə açıqlamasında federal rezerv sisteminin baza faiz dərəcəsinin dəyişməsi dolayısı ilə də olsa Azərbaycandakı iqtisadi proseslərə təsir göstərəcəyini bildirmişdi: "Adətən baza faiz dərəcəsi qalxdıqdan bir az sonra dollar bahalaşmağa başlayır. Bu isə neftin qiymətinin ucuzlaşması ilə nəticələnir. Neftin qiymətinin ucuzlaşması isə dolayısı ilə manatın devalvasiyasına təsir göstərir. Amma bunun birbaşa təsirindən danışmaq olmaz", -deyə iqtisadçı bildirib.






Paytaxtda mübadilə məntəqələrində dolların bu günə olan məzənnəsi


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR