Kürdəmirin kəndləri ilk dəfə qaz gördü

Kürdəmirin kəndləri ilk dəfə qaz gördü
17:13 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 15-də Kürdəmir rayonunun Şilyan və Quşlar kəndlərinə ilk dəfə təbii qaz verilib, Xınıslı kəndinin qaz təchizatı isə yenidən bərpa edilib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, rayon İcra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyi təmsilçilərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 983 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 105 450 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2470900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR