İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Sözügedən mərhələ Turin derbisi ilə əlamətdar olub. "Yuventus" "Torino" ilə qarşılaşıb. 28-ci dəqiqədə Zaza hesabı açıb. İkinci hissə başlar-başlamaz italyan futbolçu dublunu rəsmiləşdirib. Dibala və Poqbanın qolları isə yekun hesabı müəyyənləşdirib. "Yuventus" "Torino"nu 4:0 hesabı ilə darmadağın edərək mərhələ adlayıb.
"Yuventus" - "Torino" - 4:0
Qollar: Zaza, 28; 51, Dibala, 73, Poqba, 82
Oyunun video icmalını təqdim edirik: