Brüsseldə Aİ-nin builki sonuncu sammiti başlanır

Brüsseldə Aİ-nin builki sonuncu sammiti başlanır
17:23 17 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Brüssel, 17 dekabr, AZƏRTAC
Bu gün Brüsseldə Aİ-nin cari ildə sonuncu sammiti işə başlayır. Sammit sabah başa çatacaq.
AFR kansleri Angela Merkelin fikrincə, 2015-ci il Avropa inteqrasiyası tarixində ən gərgin il olub. Növbəti dəfə defolt həddinə çatmış Yunanıstana yeni maliyyə yardımı proqramı barədə mübahisələr, Rusiyaya münasibət mövzusunda diskussiyalar və Ukrayna məsələsi, Avropada populist və sağçı-ekstremist qüvvələrin artması, Avropa İttifaqının üzvü olan ölkələr arasında dərin xəndəklər qazılmasına səbəb olmuş miqrasiya böhranı, Böyük Britaniyanın Aİ tərkibindən çıxması ehtimalı barədə həyəcanlı xəbərlər ...
Aİ-nin üzləşdiyi kəskin problemlərin tam olmayan siyahısı belədir. Rəsmi Berlinin fikrincə, bu siyahıda sonuncu iki bənd Avropa liderlərinin qarşıdakı danışıqlarının əsas mövzuları olmalıdır.
Cümə axşamı sammitin rəsmi açılışına qədər Avstriyanın Brüsseldəki səfirliyində Aİ üzvü olan ölkələrin bəzi dövlət və hökumət başçıları Türkiyənin baş naziri ilə görüşəcəklər. Avropa Komissiyası və miqrasiya böhranının fokusuna düşmüş Aİ ölkələri, xüsusən Almaniya ilk növbədə məhz Türkiyəyə ümid edirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Brusselde_AI_nin_builki_sonuncu_sammiti_baslanir-912118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR