Azərbaycanda WhatsApp zəngləri BƏRPA OLUNDU

Azərbaycanda WhatsApp zəngləri BƏRPA OLUNDU
17:42 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dünyanın ən populyar mobil messencer proqramı sayılan WhatsApp vasitəsilə zənglər funksionalı Azərbaycanca bərpa olunub.

İyul ayında bu funksional Azərbaycandakı mobil rabitə operatorları tərəfindən dayandırılmışdı.
Milli.Az bildirir ki, mobil rabitə şirkətləri bunu etiraf etməsələr də, belə idi.
Bu gün, təxminən 13 dəqiqə əvvəl WhatsApp vasitəsilə zəng etmək reallaşıb.
Ekspertlər hesab edirdilər ki, xidmətin ölkəmizdə məhdudlaşdırmasının əsas səbəbi mobil operatorların gəlirinin azalması və bunun qarşısını almaq üçün əl atdıqları siyasət ola bilər.


Digər ekspertlər isə problemin yalnız Azərbaycanda yox, digər qonşu ölkələrdə də yaşandığını deyirdilər.
Hətta Rabitə və Yüskək Texnologiyalar Nazirliyi (RYTN) açıqlama verərək bildirmişdi ki, bu xidmətin məhdudlaşdırılması qanuna ziddir, heç bir mobil operatorun və ya internet provayderinin bunda marağı ola bilməz, "problem şirkətlə, yəni WhatsApp-la əlaqədardır və indi bu xidmət bütün dünyada problemlərlə işləyir".

Bir qədər əvvəl mobil internet vasitəsilə bu funksiya ilə zənglər mümkün olmasa da, Wi-Fi texnologiya ilə WhatsApp-dan zənglər etmək qismən mümkünləşmişdi.
"Alfanet", "Azeronline", "Bakinternet", "Citynet", "Ultel" kimi provayder şirkətlərinin abunəçiləri bu funksiya ilə zəng edə bildiklərini deyirlər.
Xatırladaq ki, WhatsApp-ın bu xidmətindən ölkəmizdə heç bir halda istifadə mümkün deyildi.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/391091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR