Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin: "Türk axını" layihəsinin reallaşdırılması Brüsselin zəmanətindən asılıdır"

Putin: "Türk axını" layihəsinin reallaşdırılması Brüsselin zəmanətindən asılıdır"

Date: 17 December 2015 17:47

Bakı. 17 dekabr. REPORT.AZ/ "Türk axını" qaz kəməri layihəsi yalnız Türkiyənin Brüsselin zəmanətinə təminat verməsi halında reallaşacaq".
"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
"Bizə Avropa Komissiyasının Avropaya gedən bütün marşrutlar, o cümlədən Türkiyədən keçəcək mümkün yolun prioritet olması və Avropa Komissiyasının bunu dəstəkləyəcəyi barədə yazılı zəmanəti lazımdır", - dövlət başçısı deyib.
O bildirib ki, türkiyəli tərəfdaşlar "Qazprom"a Brüsseldən alınmış müvafiq sənəd təqdim etdiyi zaman Moskva bu məsələdə irəliləməyə başlayacaq. Eyni zamanda V.Putin hələ ki, heç nəyin görünmədiyini də vurğulayıb.

Tags:  Putin Türk axını layihəsinin reallaşdırılması Brüsselin zəmanətindən asılıdır


RƏYLƏR


Top news