Musiqili Teatrın yaradıcılıq studiyası ilk tamaşasını təqdim edib

Musiqili Teatrın yaradıcılıq studiyası ilk tamaşasını təqdim edib
17:54 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyasının açılışı olub. Teatrdan Lent.az-a verilən məlumata görə, studiyanın açılış mərasimində “Uğur və eşq” adlı konsert-tamaşa təqdim edilib. Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev studiyanın yaradılmasının məqsəd və məramından söz açıb. O, bildirib ki, bu studiya istedadlı gənclərin öz yaradıcı potensiallarını nümayiş etdirmək üçün bir meydan olacaq.

Daha sonra çıxış edən xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal da bu addımın nəinki Musiqili Teatra, ümumilikdə Azərbaycan teatr sənətinin inkişafına böyük töhfələr verə biləcəyinə inandıqlarını bildiriblər. Sonra Gültac və Hüseyn Əlililərin iştirakı ilə səhnələşdirilmiş konsert-tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu-rejissoru gənc rejissor Tamilla Aslanova “Uğur və eşq”in onun sərbəst hazırladığı ilk böyük iş olduğunu xüsusi şəkildə vurğulayıb.

Qeyd edək ki, Yaradıcılıq Studiyasının rəhbəri əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş ölkənin bir sıra teatrlarının gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunur.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR