"İnter" UEFA-nın qəzəbinə niyə tuş gəlib? - TƏFƏRRÜATLAR

"İnter" UEFA-nın qəzəbinə niyə tuş gəlib? -   TƏFƏRRÜATLAR
17:57 17 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakının "İnter" klubu UEFA tərəfindən cəzalandırılıb. Belə ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı tərəfindən aparılmış monitorinq zamanı məlum olub ki, “İnter” PİK Klubların Lisenziyalaşdırılması və Maliyyə Feyr-Pleyi Qaydaları"nın 66 və 66bis saylı maddələrinin tələblərini yerinə yetirməyib və klubun əməkdaşlara vaxtı ötmüş borcları mövcuddur.


Bunu nəzərə alaraq, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı dekabrın 10-da keçirilmiş iclasda aşağıdakı qərarları qəbul edib:


1. “İnter” PİK növbəti 3 mövsüm ərzində (2016/17, 2017/18 və 2018/19) əldə etmiş idman nəticələrinə görə UEFA-nın klub yarışlarında iştirak etmək hüququ qazanarsa, 1 mövsüm ərzində bü hüquqdan məhrum olunur. Əgər klub 31 yanvaradək yaranmış borcların ödənilməsini təsdiq edən sənədləri UEFA-ya təqdim edərsə, bu cəza qüvvədən düşür.


2. “İnter” PİK 50 min avro məbləğində cərimə olunur.


3. “İnter” PİK bu işin aparılmasına sərf olunmuş 3 min avro məbləğində vəsaiti ödəməlidir.


4. Qeyd olunmuş cərimə və xərclər qərar kluba göndərildikdən sonra 30 gün ərzində ödənməlidir.


5. Klub qərarla razı olmadığı halda, İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edə bilər.


Məxfiliyi qorumaq məqsədilə klubun hansı futbolçulara borclu olduğu və borcun ümumi məbləği açıqlanmayıb. 


Lakin Qaynar.info-da olan məlumata görə, klubun sabiq vitse-prezidenti Roland Vromans, sabiq məşqçisi Marino Puşiç, sabiq futbolçusu Ruben Sxaken "İnter"dən 3 ayın (mart, aprel, may) pulunu ala bilmədiyi üçün şikayət ünvanlayıb. Xorvatiyalı Matiya Şpiçiç isə gözləmə mövqeyi tutduğunu, ancaq pulu verilməyəcəyi halda eyni addımı atacağını bildirib. Eləcə də digər legionerlərin şikayətcil olduğu şübhə doğurmur. Ümumiləşdirsək, bu 3 ay ərzində yığılan borc 1 milyon avroya çatır.


Əldə etdiyimiz məlumat onu da bildirir ki, UEFA-dan "İnter"ə ayrılmış 630 min avronun AFFA tərəfindən klubun hesabına köçürülməməsində də bu amil durur. Belə ki, "İnter" kimi cərimələnmiş Rumıniyanın "Tırqu-Mureş", "Astra", "Botoşani", Ukraynanın "Dnepr" və Portuqaliyanın "Braqa" klublarına da UEFA tərəfindən ayrılmış pul vəsaiti dondurulub, yəni həmin ölkələrin federasiyalarında saxlanılıb.


Təbii ki, "İnter"in ana sponsoru olan Beynəlxalq Bank sabiq rəhbəri Cahangir Hacıyevin dönəmindən qalan bu borclardan və UEFA-nın monitorinq aparmasından xəbərdardır. İlin sonunadək bu məsələnin yoluna qoyulacağı deyilsə də, inandırıcı səslənmir. Çünki bu dəqiqə Beynəlxalq Banka kredit pullarının geri qaytarılması yönündə daha çox iş aparılır, nəinki çıxarılması yönündə. 50 min cərimə + 3 min avro monitorinqə görə sərf olunmuş pulun ödənilməsi isə heç bir problemə çevrilməyəcək. Çünki bu pul "İnter"ə məxsus olan 630 min avrodan (təbii ki, AFFA-nın İslandiya səfərinə çəkdiyi xərclər çıxılmaqla - red.) çıxılacaq. Elə AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov da saytımıza bunu deyib: "Əgər klubla AFFA arasında razılaşma olarsa, bu pul ordan çıxıla bilər". Məmmədov onu da bildirib ki, UEFA-nın monitorinq aparmasına səbəb apreldə verilən maliyyə hesabatı zamanı "İnter"in futbolçular və ya klubda çalışan digər şəxslər önündə öhdəliklərini yerinə yetirə bilməməsinin aşkarlanmasıdır.


Onu da bildirək ki, "İnter" İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə bu qərardan şikayət verməyəcək. Çünki klubda da bu qərarın haqlı olduğunu bilirlər. Üstəlik, növbəti instansiyaya müraciət əlavə xərcə səbəb olacaq, çıxarılacaq qərarın isə UEFA-nın lehinə, "İnter"in əleyhinə olacağı dəqiqdir.


Sonda onu da qeyd edək ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının Araşdırma Palatası İv Letermin (Belçikanın sabiq baş naziri olub - red.) rəhbərliyi ilə 30 iyun-30 sentyabr aralığında "İnter"də təhqiqat aparıb. Sonuncu tarixdə "İnter"ə xəbərdarlıq edilsə də, klub ödənişləri etmək gücündə olmadığını bildirib. Nəticədə noyabrda elan olunub ki, "İnter" və yuxarıda adları çəkilən digər 5 klubun məsələsinə baxılıb yekun qərar çıxarılması haqda iş UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının Arbitraj Palatasına tapşırılıb. Arbitraj Palatası isə portuqaliyalı hüquqşünas Joze Narsisu da Kunya Rodriqeşin rəhbərliyi ilə "İnter"ə yuxarıdakı sanksiyaları tətbiq edib.


Fanat.az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dubayda keçirilən sərgidə erməni təxribatının qarşısı alındı

24 Aprel 2017 17:28

ABŞ-ın hərbi bazası yaxınlığında PARTLAYIŞ

24 Aprel 2017 17:27

Rusiyada məktəbdə partlayış - Ölən və yaralılar var

24 Aprel 2017 17:27

Manatın sabaha olan MƏZƏNNƏSİ

24 Aprel 2017 17:23

Manatın məzənnəsi

24 Aprel 2017 17:22

70 yaşlı xəstədən cərrahiyə əməliyyat zamanı SMARTFON ŞOU

24 Aprel 2017 17:18

Bu il azərbaycanlı müğənnilərin toy qiyməti

24 Aprel 2017 17:15

İranda ölüm cəzası LƏĞV OLUNDU

24 Aprel 2017 17:12

"Bakı Kristal Zalı"nda İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri tamamlanmaq üzrədir - FOTO

24 Aprel 2017 17:12

Azərbaycanda səhv Hepatit C diaqnozu qoyan klinikalar

24 Aprel 2017 17:08

İranda ölüm cəzası ləğv olundu

24 Aprel 2017 17:06

Mərhum polkovnikin həyat yoldaşından ürəkdağlayan məktub: "Oğlum ölüm ayağındadır" - FOTO

24 Aprel 2017 17:05

Azərbaycanlı müğənni: "Ərimdən xəbərsiz abort etdirdim"

24 Aprel 2017 17:05

Türkiyədə 13 min il əvvələ aid tapıntı: ÜZƏRİNDƏ İNANILMAZ MƏTN VAR - FOTOLAR

24 Aprel 2017 17:03

DİQQƏT: "Facebook"da qohumlarınızı dostluqdan silin

24 Aprel 2017 16:59

"Bu adı yadda saxlayın" - Messi - FOTO

24 Aprel 2017 16:57

Fahişəliyə və qumara görə AĞIR CƏRİMƏLƏR gəlir

24 Aprel 2017 16:54

Güclü külək səbəbindən 200-dən çox neftçi təxliyə olundu

24 Aprel 2017 16:53

İslamiadada qadın idmançılarımız hicab geyinəcəklər?

24 Aprel 2017 16:52

Qulluq mövqeyindən istifadə edənlərə qarşı cəzalar sərtləşir

24 Aprel 2017 16:49

Türkan Şoray pərəstişkarlarına ÜZÜCÜ XƏBƏR

24 Aprel 2017 16:48

Shamkir Chess 2017-də IV tur: Məmmədyarov Rəcəbova qarşı - FOTO

24 Aprel 2017 16:47

Azyaşlı qız eşşək sayəsində danışmağa başladı

24 Aprel 2017 16:47

Dinlər heyvanlara toy edilməsinə necə baxır? - ilahiyyatçı ŞƏRH EDİR

24 Aprel 2017 16:39

​"iPhone 8" belə olacaq

24 Aprel 2017 16:39

Moskva geri çəkildi: “Suriyada kimyəvi silah...”

24 Aprel 2017 16:38

Pasiyent yardıma çağırdığı həkimləri girov götürdü

24 Aprel 2017 16:38

Dubayda nağıl təki villalar tikilib - VİDEO - FOTO

24 Aprel 2017 16:37

“Ağıllı” eynək insanların görmə ilə bağlı problemlərini aradan qaldıracaq

24 Aprel 2017 16:35

“Əsir düşərgəsi” oxucularının nəzərinə - kitab artıq satışdadır

24 Aprel 2017 16:34

Namaz qılan "MƏŞHURLAR" - FOTO

24 Aprel 2017 16:32

Elmi məktəb yaradan alim

24 Aprel 2017 16:28

Kredit almaq istəyənlərə XOŞ XƏBƏR

24 Aprel 2017 16:25

"Məmurlar efirdə gözəl qız görən kimi deyir ki, gətirin bağ evimə"

24 Aprel 2017 16:22

Xəstəliklərin 66 faizini bu qidalar müalicə edir

24 Aprel 2017 16:18

Türk kinosunun əfsanəsi ilə bağlı çox üzücü xəbər

24 Aprel 2017 16:14

Taksim meydanı bağlanacaq

24 Aprel 2017 16:12

Venesuela qaynayır: müxalifət ağ geyindi - FOTO

24 Aprel 2017 16:12

Belə insanlıq olmaz olsun!

24 Aprel 2017 16:11

Bakıda güclü yanğın: 3 polis əməkdaşı xəstəxanalıq oldu

24 Aprel 2017 16:09

Azərbaycan əhalisinin 80 faizi TƏHLÜKƏDƏ - Alimlərdən FƏRQLİ MÖVQE

24 Aprel 2017 16:08

Natiq Əliyev ABŞ-a gedəcək

24 Aprel 2017 16:05

İƏT-in Baş katibi: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır"

24 Aprel 2017 16:05

Cahangir Hacıyevin şikayətinə baxılacaq VAXT BİLİNDİ

24 Aprel 2017 16:05

Ronaldonun Messinin qoluna əsəbi reaksiyası

24 Aprel 2017 16:03

Britaniya nüvə silahını tətbiq edə bilər - RƏSMİ

24 Aprel 2017 15:58

Səudiyyə Ərəbistanının energetika naziri

24 Aprel 2017 15:53

Sürət Hüseynovun cangüdənini Hollandiyada deşik-deşik etdilər - VİDEO

24 Aprel 2017 15:49

Uşaq istəməyən qadınlar, ƏSLA BU YOLLA QORUNMAYIN!

24 Aprel 2017 15:48

"İphone 8" modelinin ilk FOTOları

24 Aprel 2017 15:47