Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD radio da açdı

İŞİD radio da açdı

Date: 17 December 2015 17:57

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Əfqanıstandakı qruplaşması "Xilafətin səsi" (Voice of the Caliphate) adlı radiostansiyanı işə salıblar.

Milli.Az The International Business Times-a istinadən bildirir ki, Nanqarhar vilayətində işə düşmüş radiostansiyada terrorçular hakimiyyətin devriləcəyini bildirir, gəncləri öz sıralarına çağırırlar. FM dalğada yayımda olan radiostansiyaya bütün vilayət ərazisində qulaq asmaq mümkündür.


Dekabrın 6-da İŞİD-ə sədaqət andı içmiş terrorçular Əfqanıstanın şərqindəki 4 vilayətin böyük qismini ələ keçiriblər. Terrorçuların məqsədi Əfqanıstan-Pakistan sərhədində "İslam Xilafətinin vilayət"ini yaratmaqdır.
Aprel ayında İŞİD "Al Bayan" adlı internet-radionu işə salmışdı.
İŞİD-in "Dabiq" adlı jurnalı da var.

Milli.Az


Tags:  İŞİD radio açdı



RƏYLƏR


Top news