"BP-Azerbaijan" şirkəti AÇG və "Şahdəniz" yataqlarında texniki xidmətlər üçün iki müqavilə imzalayıb

18:02 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu müqavilələrin ilkin dəyəri 360 mln. dollar, maksimal dəyəri isə 1 mlrd. dollar təşkil edir.
Birinci müqavilə, BP-nin operator olduğu "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarındakı "Şərqi Azəri", "Qərbi Azəri"və "Mərkəzi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq", "Çıraq" və "Şahdəniz" platformalarında qazma işlərini və texniki xidmətləri əhatə edir.
Bu müqavilə ilkin olaraq 3 illik müddətə sonradan daha 6 il uzadılma ehtimalı ilə imzalanıb.
İkinci müqavilə isə "KCA Deutag" şirkətinin mühəndislik üzrə bölməsi olan RDS ilə imzalanıb. Bu müqavilə BP-nin Xəzərdəki bütün qazma layihələrində mühəndislik xidmətləri üzrə dəstək göstərilməsini nəzərdə tutur.
Bu müqavilə 2017-ci il sentyabrın 30-dək olan müddətdə etibarlıdır. Lakin sonradan iki dəfə bir il müddətinə uzadılma ehtimalı da nəzərə alınıb.
Qeyd edək ki, "KCA Deutag" şirkəti 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir və 750 nəfər işçisi var. Onlardan 75%-i Azərbaycan vətəndaşıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bp-azerbaijan-sirketi-acg-ve-sahdeniz-yataqlarinda-texniki-xidmetler-ucun-iki-muqavile-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR