Ramanadakı "Şuşa şəhərciyi"ndə basqın: maskalı şəxs ev sahibəsini bıçaqladı

Ramanadakı "Şuşa şəhərciyi"ndə basqın: maskalı şəxs ev sahibəsini bıçaqladı
18:04 17 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Son vaxtlar şəhərcikdə bu tip cinayətlər xeyli artsa da, hadisələrin heç birinin üstü açılmayıb

Bakıda maskalı şəxs yaşayış evinə basqın edib.

 

Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi"ndə qeydə alınıb. Maskalı naməlum şəxsŞuşa rayonu Malıbəyli kənd sakini Aslan Həsənova məxsus evə girərək, onun həmin vaxt evdə tək olan həyat yoldaşı Həsənova Gülsüm Tufan qızından pul tələb edib. G. Həsənova evdə pul olmadığını dedikdə isə onu döyməyə başlayıb. Qadına zərbələr endirən maskalı şəxs onun qarın nahiyəsindən bıçaq xəsarəti yetirərək hadisə yerindən qaçıb.

 

Hadisə yerinə polis və təcili yardım çağırılıb.

 

Sakinlərin dediyinə görə, son vaxtlar “Şuşa şəhərciyi"ndə analoji hadisələrin sayı artıb. Dekabrın 15-də də evlərdən birinə girən naməlum şəxs ev sahibəsindən pul tələb edib. Ev sahibəsi pul olmadığını deyəndə isə onu döyüb. Bu hadisə barədə də polisə məlumat verilib, lakin naməlum şəxs hələ də tutulmayıb.

 

Sakinlər bildiriblər ki, son vaxtlar "Şuşa şəhərciyi"ndə bu tip cinayətlərin xeyli artmasına baxmayaraq, hadisələrin heç birinin üstü açılmayıb.

 

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən APA-ya bildirilib ki, faktlarla bağlı polisə məlumat daxil olub, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR