Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Sabah 12 kənddə qaz olmayacaq

Sabah 12 kənddə qaz olmayacaq

Date: 17 December 2015 18:08

Bakı. Trend:

Ağdam magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 18-də saat 14:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdam magistral qaz kəmərləri sahəsinin “Azadqaraqoyunlu” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Ağdam rayonunun “Dörd yol”, Təzəkənd və Ayaqdərbənd, Bərdə rayonunun Şahvəlilər, Piyadalar və Xanərəb, eləcə də Tərtər rayonunun Qapanlı-1, Qapanlı-2, Düyərli, Əksipara, Qazıyan və Səhlabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Sabah 12 kənddə qaz olmayacaq

RƏYLƏR


Top news