Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Masallıda "ASAN xidmət"in tikintisini sürətləndirmək üçün 9 milyon manat ayrıldı

Masallıda "ASAN xidmət"in tikintisini sürətləndirmək üçün 9 milyon manat ayrıldı

Date: 17 December 2015 18:13

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi üçün 9 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Masallıda ASAN xidmətin tikintisini sürətləndirmək milyon manat ayrıldı


RƏYLƏR


Top news