Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gələn həftə Bakı Fond Birjasının ümumi yığıcağı keçiriləcək

Gələn həftə Bakı Fond Birjasının ümumi yığıcağı keçiriləcək

Date: 17 December 2015 18:17

Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 21-də Bakı Fond Birjasının (BFB) səhmdarlarının ümumi yığıncağı keçiriləcək. "Report"un verdiyi xəbərə görə, yığıncağın gündəmindəki mövzulardan birinin də Müşahidə Şurasının sədr seçiminin olması istisna edilmir.
Hazırda Müşahidə Şurası sədrinin vəzifəsini müvəqqəti olaraq Müşahidə Şurasının üzvü, Milli Depozit Mərkəzi İdarə Heyətinin sədri Araz Əliyev icra edir. Müşahidə Şurasının digər üzvləri Mazıbaş Murat Ahmet, Samir Tofiq oğlu Rzayev, Ramin Almaz oğlu Kərimov, Yaşar Zeynalabdı oğlu Məmmədov, Samir Həsən oğlu Balayevdir.
Xatırladaq ki, Müşahidə Şurasının sədri Cahangir Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.
C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Tags:  Gələn həftə Bakı Fond Birjasının ümumi yığıcağı keçiriləcək

RƏYLƏR


Top news