NATO-nun xüsusi nümayəndəsi: "Gələn il Azərbaycanla Ermənistan arasında danışıqlar daha səmərəli olacaq"

NATO-nun xüsusi nümayəndəsi: "Gələn il Azərbaycanla Ermənistan arasında danışıqlar daha səmərəli olacaq"
18:17 17 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ "Münaqişə siyasi cəhətdən tənzimləndikdən sonra NATO-nun sülhməramlı qüvvələri Dağlıq Qarabğda yerləşdirilə bilər".
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.
"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv olduğu nəzərə alınmaqla Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi nəticəsində NATO Dağlıq Qarabağa sülməramlı yerləşdirə bilərmi"- sualını cavablandıran C.Appaturay deyib ki, hadisələrin bu ssenari ilə inkişafı haqda indidən müzakirə aparmaq hələ tezdir: "Biz münaqişənin tənzimlənməsinə çalışmalıyıq. Mən ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirəm və 2016-cı ildə Azərbaycanla Ermənistan arasında danışıqların daha səmərəli olacağını görəcəksiniz".
Xüsusi nümayəndə Rusiya ilə Türkiyə münasibətlərindəki gərginliyin NATO-nun Cənub Qafqazdakı fəaliyyətinə təsir etmədiyinin vurğulayıb: "Bu üç dövlətin öz təhlükəsizlik siyasətini müəyyənləşdirməsi ilə razıyıq və buna hörmət edirik. Əməkdaşlıq edərəkən, NATO-ya üzvülük məcburi deyil. Bizim əməkdaşlıq etidiyimiz ölkələr arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçıları, Avropa İttifaqı, başqa beynəlxalq və regional qurumların üzvləri də var. Məmnunluqla qeyd etmək istəridim ki, NATO-nun Ermənistan və Gürcüstan, yaxud Gürcüstan və Azərbaycanla daha sıx əməkdaşlıq etməsi üçün əsaslarımız mövcuddur. Bütün hallarda dəstəklədiyimiz istənilən əməkdaşlıq fərdi xarakterlidir".
O qeyd edib ki, NATO-nun fəaliyyəti heç bir halda Rusiyadan asılı deyil: "Ona görə də Rusiya-Türkiyə münasibətlərindəki gərginliyin Cənubi Qafqaz ölkələri ilə NATO arasındakı əməkdaşlığa birbaşa təsir edəciynə əsas görmürəm".

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/nato-nun-xususi-numayendesi-gelen-il-azerbaycanla-ermenistan-arasinda-danisiqlar-daha-semereli-ola

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR