Məktəb komandaları arasında stolüstü tennis üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

Məktəb komandaları arasında stolüstü tennis üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
18:23 17 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 17 dekabr, AZƏRTAC
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Naxçıvan şəhər tam orta ümumtəhsil məktəblərinin komandaları arasında stolüstü tennis üzrə şəhər birinciliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 13 komanda iştirak edib. Komandaların tərkibi 2 oğlan, 1 qızdan ibarət olub.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb və komandalara uğurlar arzulayıb.
Sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rauf Hüseynov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ruslan Quliyev çıxış edərək, yarışın məqsədi və keçirilmə qaydaları haqqında iştirakçılara ətraflı məlumat veriblər.
VIII-XI sinif şagirdləri arasında keçirilən yarışın yekununa əsasən, 3 saylı tam orta məktəbin komandası I yerə, 6 saylı tam orta məktəbin komandası II yerə, 2 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qalib komandalar təşkilatçıların diplomları ilə təltif olunublar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mekteb_komandalari_arasinda_stolustu_tennis_uzre_Naxchivan_seher_birinciliyi_kechirilib-912158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR