Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avropa İttifaqı internetdə məlumatların mühafizəsi üzrə vahid standartlar tətbiq edəcək

Avropa İttifaqı internetdə məlumatların mühafizəsi üzrə vahid standartlar tətbiq edəcək

Rəsmi Ankara Avropa ilə sazişdən imtina edir (15 Mart 2017 12:47)
Türkiyə Avropanın sonu olacaq SSENARİNİ İŞƏ SALIR (13 Mart 2017 19:48)
Avropa İttifaqı Rusiya vətəndaşlarına qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb (13 Mart 2017 17:47)

Tarix: 17 Dekabr 2015 18:23


Bakı, 17 dekabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) internetdə məlumatların mühafizəsi üzrə vahid standartlar tətbiq etməyə hazırlaşır.
AZƏRTAC "interfax.ru” saytına istinadən xəbər verir ki, Avropa İttifaqına üzv dövlətlərin nümayəndələri dörd il davam edən danışıqlardan sonra bununla bağlı müvafiq razılığa gəliblər.
Avropa KİV-nin ilin vacib qərarı adlandırdığı yeni qaydaların 2017-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilir. Qaydalar 1995-ci ildən qüvvədə olan normaları əvəz edəcək.
Yeni qaydaları pozacaq provayderləri illik mədaxilin 4 faizi həcmində cərimə gözləyir. Pozuntular sırasına fərdi məlumatlardan qanunsuz istifadə, həmçinin istifadəçinin icazəsi olmadan məlumatların ələ keçirilməsi daxildir.
Qaydalara görə, şirkətlər milli tənzimləyici orqanları 3 gün ərzində informasiya sızmasının baş verməsi barədə məlumatlandıracaq. Bu qaydalar Aİ ölkələrində müştəri və istifadəçilərə malik bütün şirkətlərə şamil edilir.

Teqlər:  Avropa İttifaqı internetdə məlumatların mühafizəsi üzrə vahid standartlar tətbiq edəcək



RƏYLƏR


Top xəbərlər