Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev "ASAN xidmət" kompleksinin tikintisi üçün 9 milyon pul ayırdı

Prezident İlham Əliyev "ASAN xidmət" kompleksinin tikintisi üçün 9 milyon pul ayırdı

Date: 17 December 2015 18:27

Prezident İlham Əliyev Masallı rayonunda regional "ASAN xidmət" kompleksinin tikintisi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:

"Masallı rayonunda regional "ASAN xidmət" kompleksinin tikintisinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional "ASAN xidmət" kompleksinin tikintisi üçün 9,0 (doqquz) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Milli.Az


Tags:  Prezident İlham Əliyev ASAN xidmət kompleksinin tikintisi milyon pul ayırdı


RƏYLƏR


Top news