Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ qırıcılarını Türkiyədən çıxardı

ABŞ qırıcılarını Türkiyədən çıxardı

Tarix: 17 Dekabr 2015 18:34

 

 

ABŞ Türkiyədəki İncirlik aviabazasından 12 ədəd F-15 qırıcısını çıxarıb.

 

APA-nın “Military.com”a istinadən verdiyi məlumata görə, təyyarələr öz daimi bazalarına (Leykenhit, Böyük Britaniya) göndərilib.

 

Pentaqon bu addımın Moskva-Ankara münasibətlərinin gərginləşməsi ilə əlaqəli olmadığını qeyd edib. ABŞ Müdafiə Nazirliyindən bildiriblər ki, F-15 qırıcılarının İncirlik aviabazasında yerləşməsi müddətsiz xarakter daşımayıb.

 

Bununla yanaşı Pentaqondan təsdiqləyiblər ki, təyyarələr Britaniyaya dekabrın 15-də ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birgə Komitəsinin sədri Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutmuş telefon danışığından sonra istiqamət alıb.

Sosial səhifələ 


Teqlər:  ABŞ qırıcılarını Türkiyədən çıxardı



RƏYLƏR


Top xəbərlər