Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Daha bir sığorta şirkəti "Yaşıl Kart" sisteminin reyestrinə daxil edilib

Daha bir sığorta şirkəti "Yaşıl Kart" sisteminin reyestrinə daxil edilib

Ev qəzalı vəziyyətə düşdü: sığorta şirkəti pulu ödəmək istəmir (05 Mart 2017 20:52)
Azərbaycanda fevralda beynəlxalq sığorta müqavilələri üzrə 108,3 min manat toplanılıb (03 Mart 2017 17:47)
Azərbaycanın icbari daşınmaz əmlak sığortası bazarı 67% artıb (03 Mart 2017 15:38)

Tarix: 17 Dekabr 2015 18:37

Bakı. 17 dekabr. REPORT.AZ/ “Paşa Sığorta” ASC "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilib.
"Report"un İcbari Sığorta Bürosuna (İSB) istinadən verdiyi xəbərə görə, Reyestrə daxil olan Büronun iştirakçı şirkətlərinin sayı 6-ya çatıb. Bildirək ki, bundan əvvəl "Azsığorta”, “Meqa Sığorta”, “AtaSığorta”, “AXA-Mbask” və "Xalq Sığorta" ASC daxil olub.
Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanunun 50.2 maddəsinə uyğun olaraq, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün "Yaşıl Kart" sığortaçılarının reyestrinə daxil olmalıdır.
Azərbaycanda “Yaşıl Kart” sistemi üzrə fəaliyyət göstərmək istəyən sığortaçılar 2015-ci il dekabrın 21-dək müvafiq reyestrə daxil olmaq üçün İSB-yə müraciət etməlidir. Əks halda həmin sığortaçının 2016-cı il yanvarın 1-dən etibarən İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyəti məhdudlaşdırılacaq.

Teqlər:  sığorta şirkəti Yaşıl Kart sisteminin reyestrinə daxil edilib



RƏYLƏR


Top xəbərlər