Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çingiz Abdullayev tələbələrin qonağı olub

Çingiz Abdullayev tələbələrin qonağı olub

Date: 17 December 2015 18:43


Bakı, 17 dekabr, AZƏRTAC 
Dekabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) dünya şöhrətli yazıçı Çingiz Abdullayevin tələbələrlə görüşü keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ADU-nun rektor əvəzi, professor Dünyamin Yunusov yazıçı haqqında qısa məlumat verib. Bildirib ki, Çingiz Abdullayev ümumi tirajı 28 milyon nüsxəyə yaxın, 30 dilə tərcümə olunmuş 600-dan çox kitabın müəllifidir.
Çingiz Abdullayev gənc nəslin cəmiyyət üçün yararlı fərd kimi formalaşmasında mütaliənin böyük rolu olduğunu söyləyib və gənclərə qiraət etməyi tövsiyə edib.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.





Tags:  Çingiz Abdullayev tələbələrin qonağı olub



RƏYLƏR


Top news