Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənilərə qarşı çıxan azərbaycanlı məhkəmə qarşısında

Ermənilərə qarşı çıxan azərbaycanlı məhkəmə qarşısında

Date: 17 December 2015 18:47

Rusiyada ictimai yerlərdə ermənilər əleyhinə bəyanatlar verməkdə ittiham olunan azərbaycanlı məhkəmə qarşısına çıxacaq.

Milli.Az xəbər verir ki, APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, milliyyətcə azərbaycanlı olan Alik İbrahimov barəsində cinayət işi Rostov vilayətinin Tselina rayon Məhkəməsinə göndərilib.

Rusiya İstintaq Komitəsinin Rostov vilayəti üzrə İstintaq İdarəsindən bildiriblər ki, A.İbrahimov milli zəmində ədavətin qızışdırılmasında ittiham olunur. İstintaqın versiyasına əsasən, ittiham olunan şəxs ictimai yerdə ermənilər əleyhinə ifadələr işlədib. Konkret olaraq A.İbrahimov ətrafdakı insanları milliyyətcə erməni olan vətəndaşlara qarşı zorakı addımların atılmasının vacibliyinə inandırmağa çalışıb, ermənilər haqqında aqressiv davranışın formalaşmasına səy göstərib.

Milli.Az


Tags:  Ermənilərə qarşı çıxan azərbaycanlı məhkəmə qarşısında


RƏYLƏR


Top news