Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bu il mindən çox əcnəbi Çexiyadan sığınacaq istəyib

Bu il mindən çox əcnəbi Çexiyadan sığınacaq istəyib

Türkiyənin 136 diplomatı Almaniyadan sığınacaq istədi (25 Fevral 2017 17:38)
Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü sığınacaq istəyib (19 Fevral 2017 23:57)
Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü sığınacaq istəyib (19 Fevral 2017 23:09)

Tarix: 17 Dekabr 2015 18:48


Praqa, 17 dekabr, AZƏRTAC
Bu ilin 11 ayında Çexiyadan 1382 əcnəbi vətəndaş siyasi sığınacaq istəyib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 425 müraciət çoxdur. Çexiya XİN-in yaydığı məlumata görə, onların arasında Ukrayna, Suriya və Kuba vətəndaşları üstünlük təşkil edirlər.
Sığınacaq almaq istəyənlərin ən böyük qrupunu uzun müddətdir ki, ukraynalılar təşkil edir. Onlar bu ilin yanvarından noyabr ayının sonunadək 636 ərizə veriblər. Kubalılar 124 ərizə ilə ikinci yerdə qərarlaşıblar, suriyalıların müraciətlərinin sayı isə onlardan cüzi az olub – 122.
Sənəddə deyilir ki, 70 miqranta sığınacaq verilib, daha 372 şəxs əlavə status və müvəqqəti müdafiə ilə təmin olunub. Müvəqqəti müdafiə o deməkdir ki, vətəndaş qaçqın statusu ilə təmin olunmayıb, amma onun vətənə dönməsi hazırda təhlükəlidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Teqlər:  il mindən çox əcnəbi Çexiyadan sığınacaq istəyib



RƏYLƏR


Top xəbərlər