Cəlilabadın üzüm sahələrində budama işlərinə başlanılıb

Cəlilabadın üzüm sahələrində budama işlərinə başlanılıb
18:48 17 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 17 dekabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda üzümçülüklə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri havaların əlverişli keçməsindən istifadə edərək tənəklərin budanması prosesinə başlayıblar.
AZƏRTAC xəbər verir ki, adətən payızın son günlərinə təsadüf edən budama işinin aparılması növbəti ildə məhsuldarlığın artmasına müsbət təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, quru budama zamanı üzüm təngləri gücdən düşmüş bar çubuqlarından təmizlənir. Bağlarda yalnız cavan və məhsuldar çubuqlar saxlanılır. Bu isə növbəti ildə yüksək məhsuldarlığın yaranmasına səbəb olur.
Məhsul istehsalçıları 25 iş günündə budamanı başa çatdırmağı planlaşdırırlar.
Qeyd edək ki, Cəlilabad rayonunda 3200 hektar sahədə üzüm bağları salınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabadin_uzum_sahelerinde_budama_islerine_baslanilib-912178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR