Dekabrın 18-də bir neçə rayonun təbii qaz təchizatı məhdudlaşdırılacaq

Dekabrın 18-də bir neçə rayonun təbii qaz təchizatı məhdudlaşdırılacaq
18:48 17 Dekabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC 
Dekabrın 18-də saat 14-dən 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Ağdam magistral qaz kəmərləri sahəsinin “Azadqaraqoyunlu” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işləri aparılan müddətdə Ağdam rayonunun “Dörd yol”, Təzəkənd və Ayaqdərbənd, Bərdə rayonunun Şahvəlilər, Piyadalar və Xanərəb, eləcə də Tərtər rayonunun Qapanlı-1, Qapanlı-2, Düyərli, Əksipara, Qazıyan və Səhlabad kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dekabrin_18_de_bir_neche_rayonun_tebii_qaz_techizati_mehdudlasdirilacaq-912176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR