Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ölümün səbəbini müəyyən edən “cib patoloq-anatomu” yaradılıb

Ölümün səbəbini müəyyən edən “cib patoloq-anatomu” yaradılıb

Date: 17 December 2015 18:53


Bakı, 17 dekabr, AZƏRTAC
Smartfon üçün insan ölümünün səbəbini və vaxtını yüksək dəqiqliklə müəyyən edən əlavə yaradılıb.
AZƏRTAC naked-science.ru saytına istinadla xəbər verir ki, xüsusi əlavə Avstraliya həkimləri və proqramçıları tərəfindən hazırlanıb. Melburn Universitetindən Alan Lopes və onun həmkarları təsdiq edirlər ki, dünyanın bir çox ölkələrində ancaq həkimlik lisenziyası olanlar ölümün vaxtını və səbəbini təyin edə bilərlər. Lakin bu xidmətdən heç də hər ailə yararlana bilmir. Dünya Səhiyyə Təşkilatı bildirir ki, Yer üzündə bütün ölüm halların 2/3-də dəqiq vaxtı və səbəbi təyin etmək imkanı yoxdur. Bu məsələni “cib patoloq-anatomu” həll edə bilər. Mərhumun qohumları bir sıra suallara cavab verməli, habelə onun şəklini göndərməlidirlər. Ölümün səbəbini regionun xüsusiyyətlərini (məsələn, bu və ya digər xəstəliyin yayılması) nəzərə alan xüsusi alqoritmlər müəyyən edir. Təhlilin nəticələri qohumlara dərhal göndəriləcək.
Yeni əlavə Hindistan, Filippin, Meksika, Tanzaniya və digər ölkələrdə sınaqdan keçirilib.

Tags:  Ölümün səbəbini müəyyən edən cib patoloq-anatomu yaradılıb


RƏYLƏR


Top news