Günəşdən gələn təhlükəyə hazır olun

Günəşdən gələn təhlükəyə hazır olun
19:01 17 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Günəşdə üç partlayış qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, günəşdə baş verən partlayış nəticəsində Yer kürəsinə koronal kütlələrin düşəcəyi deyilir. Bu barədə Qelioqeofizik Xidmətindən məlumat verilir.

Xidmətdən o da qeyd olunur ki, Günəşdə 3 ləkə aşkarlanıb. Birinci ləkə Bakı vaxtı ilə saat 13:24 radələrində müşayiət olunub.
Partlayışın güclü olması buradan çoxlu sayda koronal tullantıların yaranmasına və bunların da Yer kürəsinə düşməsinə səbəb olub.

Kosmik hava proqrozuna əsasən, dekabrın 17-18-də Günəşdə alovun fəallaşması da gözlənilir. Ayın 17-si Yer kürəsində bununla bağlı geomaqnit qasırğası da gözlənilir. Qasırğanın ilk gün sakit olacağı deyilsə də, ayın 18-də, yəni ikinci günündə fəallaşacağı vurğulanır.


Geomaqnit qasırğası


Günəş partlayışının rentgen şüalarının gücündən asılı olaraq 5 yerə bölünəcəyi söylənilir. Bunlar: A, B, C, M, X-dır. Hər hərfə keçid vaxtı partlayışın gücü daha da böyüyür.

Ötən ildə də Günəşdə analoji hal baş verib. Həmin vaxt Günəş diskində 140-a yaxın Günəş ləkəsi və 7 aktiv ləkə qrupu müşahidə olunub. Bunların siyahısında 1982 nömrəli Günəş ləkəsi daha fəal olub, onun maqnit quruluşu da mürəkkəb, həm də geoeffektiv vəziyyətdə yerləşib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR