Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səməd Seyidov Rusiya Dövlət Dumasında görüşlər keçirəcək

Date: 17 December 2015 19:03

Bakı. Trend:

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dekabrın 18-də Rusiyaya səfər edəcək.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, millət vəkili Rusiya Dövlət Dumasında həmkarları ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycan və Rusiya parlamentləri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, qanunvericilik sahəsində informasiya, təcrübə mübadiləsi, deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdaşlığı və digər aktual məsələlər müzakirə olunacaq.

Səfər dekabrın 20-də başa çatacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Səməd Seyidov Rusiya Dövlət Dumasında görüşlər keçirəcək

RƏYLƏR


Top news