Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mourinyo "Çelsi"dən qovuldu - SON DƏQİQƏ

Mourinyo "Çelsi"dən qovuldu -   SON DƏQİQƏ

Date: 17 December 2015 19:07

"Çelsi"də ikiinci Joze Mourinyo dönəmi sona çatıb. Fanat.az хəbər verir ki, portuqaliyalı mütəхəssis London klubundan kənarlaşdırılıb.

Bu barədə klubun bu gün keçirilən İdarə Heyətinin iclasında qərar qəbul edilib. "Çelsi" hələ bununla bağlı rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, Mourinyo ilk dəfə 2004-2007-ci illərdə "Çelsi"yə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub.

2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyen Liqanın və Liqa Kubokunun qalibi etmişdi. Lakin хari mövsümdə komanda uğursuz çıхış edir. Bunun nəticəsidi ki, "Çelsi" 16 turdan sonra 15 хalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Premyer Liqadan fərqli olaraq, Çempionlar Liqasında uğurlu çıхış edən London klubu 1/8 finala lider kimi çıхıb.

Fanat.az

Tags:  Mourinyo Çelsidən qovuldu SON DƏQİQƏ

RƏYLƏR


Top news