AZƏRTAC-ın fotomüxbirinin “Uçuşda” fotosu gümüş medala layiq görülüb

AZƏRTAC-ın fotomüxbirinin “Uçuşda” fotosu gümüş medala layiq görülüb
19:13 17 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun çəkdiyi fotoşəkil Podqoritsa şəhərində (Monteneqro) keçirilmiş “ATM CIRCUIT 2015” beynəlxalq foto müsabiqəsində “Digital Photo Archive” (DPA) gümüş medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, 2015-ci ilin iyun ayında birinci Avropa Oyunları zamanı Milli Gimnastika Arenasında gimnastların final yarışları zamanı İlqar Cəfərovun çəkdiyi “Uçuşda” (“In flight”) adlı foto müsabiqənin “Kişi” nominasiyasında qalib gəlib.
Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) himayəsi altında beş nominasiyada keçirilən müsabiqəyə dünyanın 55 ölkəsindən 228 fotoqrafın 4 minə yaxın işi təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZARTAC_in_fotomuxbirinin_Uchusda_fotosu_gumus_medala_layiq_gorulub-912189

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR