"Neftçi"nin sabiq baş məşqçisi Çexiya yüksək liqasında

"Neftçi"nin sabiq baş məşqçisi Çexiya yüksək liqasında
19:17 17 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin keçmiş baş məşqçisi Vlastimil Petrjela ölkəsi Çexiyada komandasını dəyişməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis yüksək liqa klubu ilə anlaşmaq üzrədi.

Hazırda ölkəsində 2-ci divizion təmsilçisi "Qrafin Vlasim" klubunu çalışdıran Petrjela elitada mübarizə aparan "Banik"lə danışıq apardığını açıqlayıb. O, tezliklə Ostrava klubunun "sükan"ı arxasına keçə biləcəyini vurğulayıb. 16 turdan sonra sonuncu pillədə qərarlaşan "Banik" məhz Petrjelanın komandanı elitada saxlaya biləcəyini düşünür.

Qeyd edək ki, Vlastimil Petrjela 2007/08 mövsümünün ilk yarısında "Neftçi"ni çalışdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR