Hakan Şükür Türkiyədən qaçdı

Hakan Şükür Türkiyədən qaçdı
19:21 17 Dekabr 2015
47 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur sabiq futbolçusu Hakan Şükür “bir daha Türkiyəyə dönməyəcəm" deyib.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, əfsanəvi futbolçu İstanbuldakı evini satan bankdan bütün pullarını götürərək ABŞ-a köçüb.

“Bir daha Türkiyəyə dönməyəcəm. Burada qalıb iş quracağam”, - deyə məşhur futbolçu vurğulayıb. “Qalatasaray”ın əfsanəsinin ABŞ-a köçməsinin əsas səbəbi kimi “Paralel yapı”nın (Türkiyədə Fəthullah Gülən tərəfdarlarının "paralel hakimiyyət”inin) üzvü olması iddia olunur.

Hakan Şükürün Türkiyəni tərk etməsinə daha bir səbəb kimi isə futbolçunun türklərin göstərdiyi münasibətdən məyus olması göstərilir.

 Hakan Şükür Türkiyənin "TRT" telekanalı ilə əməkdaşlıq edir. Sabiq futbolçu kanalda yayımlanan "Stadyum" verilişində şərhçiliyə görə ildə 700 min dollar alır. "Kral" ləqəbi ilə tanınan futbolçu Türkiyə tarixinin ən yaxşı futbolçularından biri hesab olunur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR