Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dinimiz milli-mənəvi sərvətimizdir

Dinimiz milli-mənəvi sərvətimizdir

Date: 17 December 2015 19:33


Bakı, 17 dekabr, AZƏRTAC
Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Bakı Slavyan Universitetində (BSU) “Dinimiz milli-mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Aygül Hacıyeva tədbirin mahiyyətindən söz açıb.
Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev çıxışında “Dinimiz milli-mənəvi sərvətimizdir” layihəsinin mahiyyəti barədə danışaraq qeyd edib ki, layihənin məqsədi yeniyetmə və gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirindən qorumaq, onların dünyagörüşünü milli ideyalar və ümumbəşəri dəyərlər əsasında formalaşdırmaqdan ibarətdir.
Tədbirdə çıxış edən digər natiqlər də müzakirə edilən mövzu ilə bağlı vacib fikirlər səsləndirib, Azərbaycanda dövlət-din münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.

Tags:  Dinimiz milli-mənəvi sərvətimizdir


RƏYLƏR


Top news