“Qobustan” jurnalının yeni nömrəsində...

19:34 17 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) orqanı olan “Qobustan” sənət toplusunun növbəti, üçüncü nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, sənət toplusunun budəfəki buraxılışının ilk səhifələrində yenə də baş redaktor Vaqif Əlixanlının “Qırx sətir” yazısı yer alıb.
Bu nömrədə yazıçı-publisist Esmira Nəzərlinin Xalq Şairi Fikrət Qocanın 80 illik yubileyi ilə bağlı şairdən aldığı geniş müsahibə və Xalq Artisti Nəcibə Məlikova haqqında hazırladığı məqalə nəşr olunub.
Topluda akademik, Milli Məclisin deputatı Ziyad Səmədzadənin Abşeron şairlərindən Haşım bəy Sadiq haqqında yazısı və onunla geniş müsahibə yer alıb. Həmçinin, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Əziz Mirəhmədovun Əhməd bəy Ağaoğlu haqqında qələmə aldığı “İlk sözü” dərc olunub.
Nəşrin bu nömrəsində filologiya elmləri doktoru Vaqif Yusiflinin “Yaqub mənsuriyyəsi”, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı, əslən misirli olan Zedan Mona Abdel-Qəninin “Misir xalq mahnılarının təsnifatı”, Telman Kərimlinin abidələrimiz haqqında geniş yazısı verilib.
Nəşrin “El-oba” bölməsində Tünzalə Məmmədzadənin “Qədim xalq sənəti-təkəlduz. Dünəni və bu günü” sərlövhəli yazısı oxuculara təqdim olunub.
Topluda, həmçinin “Yazıya pozu yoxdur” rubrikasında Narıngülün tanınmış yazıçı Azər Abdullanın 75 illik yubileyi ilə bağlı onunla müsahibəsi və yazıçının “Su qohumluğu” essesi dərc olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qobustan_jurnalinin_yeni_nomresinde-912202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR