"Neftçi" və "Xəzər Lənkəran" öz meydanında məğlub olub

"Neftçi" və "Xəzər Lənkəran" öz meydanında məğlub olub
19:37 17 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün keçirilmiş daha 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub. "Report"un məlumatına görə, son qarşılaşmalar "Xəzər Lənkəran" və "Neftçi"nin ev məğlubiyyətləri ilə əlamətdar olub.
Lənkəran təmsilçisi "Kəpəz"ə, flaqman isə AZAL-a minimal hesabla yenilib. Bununla da Gəncə komandası xallarını 25-ə çatdıraraq, 5-ci, AZAL 19 xalla 7-ci pilləyə yüksəlib. Əvəzində 23 xala malik "Neftçi" 6-cı pilləyə enib, 12 xalı olan "Xəzər Lənkəran"ın isə qış fasiləsinə 9-cu pillədə çıxacağı dəqiqləşib.
Qeyd edək ki, turun ilk 3 matçında "Rəvan" evdə "İnter"ə 0:2, "Qəbələ" səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzub. "Qarabağ" isə öz meydanında "Sumqayıt"ı yenə bilməyib - 2:2. Bu nəticələrdən sonra "Qarabağ" 37 xalla turnir cədvəlinə başçılıq edir. "Zirə" 29 xalla 2-ci pillədədir. Hərəyə 27 xala malik "İnter"lə "Qəbələ" isə 3-4-cü yerləri bölüşdürür. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/neftci-ve-xezer-lenkeran-oz-meydaninda-meglub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR