Ərdoğan Azərbaycan prezidentinə başsağlığı verib

Ərdoğan Azərbaycan prezidentinə başsağlığı verib
19:39 17 Dekabr 2015
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu yollayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, əziz qardaşım,

 

Xəzər dənizindəki “Günəşli” neft yatağının 10 saylı platformasında baş vermiş yanğın nəticəsində insanların ölümü ilə bağlı xəbəri dərin məyusluq hissi ilə qarşıladım.

 

Millətim adından və şəxsən öz adımdan bu qəzada həyatlarını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa, Zati-alinizə, həlak olanların ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

 

Türkiyə hər zaman olduğu kimi, bu kədərli günlərdə də Azərbaycan dövlətinin və xalqının yanındadır, ona hər cür kömək göstərməyə hazırdır.

 

Fürsətdən istifadə edərək, Zati-alinizə və Azərbaycan xalqına əmin-amanlıq, rifah arzu edirəm”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR