Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neft Fondu təkzib edir

Neft Fondu təkzib edir

Date: 17 December 2015 19:41

Azərbaycan Dövlət Neft Fondu Moskva şəhərinin Tverskaya küçəsi, 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin bağlanmasına dair yayılan məlumatlara aydınlıq gətirib.

Fonddan ANS PRESS-ə verilən məlumata görə, qeyd edilən mərkəzin ticarət obyektləri yerləşən üçmərtəbəli hissəsinin dünyanın məşhur brendlərindən birinə 32 il müddətinə icarəyə verilməsi nəzərdə tutulur. “Bu da öz növbəsində binanın qiymətinə və ARDNF tərəfindən yatırılmış investisiyanın gəlirliliyinə müsbət təsir göstərəcək. Bununla əlaqədar müvafiq işlər aparılır”.

Məlumata görə, icarədarların müqavilə müddəti bitdiyi üçün yaxın vaxtlarda onlar “Qalereya Aktyor” ofis-ticarət mərkəzindən çıxacaqlar. Amma binanın neçəyə və hansı brendə icarəyə götürüləcəyi barədə məlumat verilmir.


“Qalereya Aktyor”ofis-ticarət mərkəzi

Məlumata görə, hazırda ticarət mərkəzinin qarşısında binanın yanvar ayının 10-dan etibarən fəaliyyətini dayandıracağını bildirən elan asılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Moskva şəhərinin Tverskaya küçəsi, 16 ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini 2012-ci ildə satın alıb. “Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşir. Bina Tverskaya küçəsi və Strastnoy bulvarının kəsişməsində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir.1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunub. Binanın ümumi sahəsi 18 075 kv.metr təşkil edir. Əmlak illik icarə haqqı 9,6 milyon ABŞ dolları olmaqla müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilmişdi.

Tags:  Neft Fondu təkzib edir


RƏYLƏR


Top news