Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Müsəlman antiterror koalisiyası" kağız üzərində qalacaq

"Müsəlman antiterror koalisiyası" kağız üzərində qalacaq

Date: 17 December 2015 19:48

Bakı. Anaxanım Hidayətova - Trend:

İş hərbi fəaliyyətdə real iştiraka gələndə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi, 34 ölkəni birləşdirən "Müsəlman antiterror koalisiyası" kağız üzərində qalacaq. Bunu Trend-ə türkoloq, Sankt-Peterburq Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Aleksandr Sotniçenko deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının İslam antiterror koalisiyası yaratmaq barədə bəyanatı hələ ki, sadəcə niyyətdir: "Və çətin ki, bu hərbi ittifaqın hansısa iştirakçısı ər-Riyadın şərtləri ilə razılşasın".

Tarixçi bildirib ki, bu, daha çox Rusiya-İran-İraq koalisiyasına alternativ kimi nəzərdə tutulan antişiə alyansıdır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Müsəlman antiterror koalisiyası kağız üzərində qalacaq

RƏYLƏR


Top news