Küveytli şağirdlər Azərbaycanla bağlı tədbirdə iştirak ediblər

20:02 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə tədbirlər çərçivəsində keçirilib.
Məlumata əsasən, tədbirdə Azərbaycan haqqında geniş məlumat verilib və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Azərbaycanın ənənəvi bayramlarından birinə çevrildiyi qeyd edilib.
Tədbirdə Küveytin "Reborn kids education academy" məktəbin şagirdləri Azərbaycan dilində dövlət himnimizi səsləndirib, eyni zamanda uşaq mahnılarını və Azərbaycanda ən qədim rəqs növlərindən sayılan "Yallı rəqsi"ni ifa ediblər.
Bununla yanaşı, qeyd olunan tədbirdə ölkəmizin tarixi və müasir mədəniyyət abidələri, gəzməli, görməli yerləri, tarixi məkanları və milli mənəvi sərvətlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/kuveytli-sagirdler-azerbaycanla-bagli-tedbirde-istirak-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR