"Yeni koalisiya anti-şiə alyansıdır"

"Yeni koalisiya anti-şiə alyansıdır"
20:12 17 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

İş hərbi fəaliyyətdə real iştiraka gələndə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi, 34 ölkəni birləşdirən "Müsəlman antiterror koalisiyası" kağız üzərində qalacaq.

Bunu Trend-ə türkoloq, Sankt-Peterburq Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Aleksandr Sotniçenko deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının İslam antiterror koalisiyası yaratmaq barədə bəyanatı hələ ki, sadəcə niyyətdir: "Və çətin ki, bu hərbi ittifaqın hansısa iştirakçısı ər-Riyadın şərtləri ilə razılşasın".

Tarixçi bildirib ki, bu, daha çox Rusiya-İran-İraq koalisiyasına alternativ kimi nəzərdə tutulan antişiə alyansıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/391116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR