Azərbaycan səfiri Fransa portalına müsahibəsində ölkəmizlə bağlı həqiqətlərdən bəhs edib

Azərbaycan səfiri Fransa portalına müsahibəsində ölkəmizlə bağlı həqiqətlərdən bəhs edib
20:13 17 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Paris, 17 dekabr, AZƏRTAC
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov www.lenouveleconomiste.fr saytına müsahibəsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin geosiyasi mövqeyi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına töhfələri və s. haqqında danışıb.
Səfir Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz yurd –yuvalarından didərgin salındığını diqqətə çatdırıb. O, BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamə və qərarlarına hələ də əməl olunmadığını vurğulayıb. Diplomat Dağlıq Qarabağ münaqişəsinin Avropa mətbuatında lazımi səviyyədə işıqlandırılmasının vacibliyini qeyd edib.
E.Əmirbəyov geosiyasi mövqeyinə görə Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanda müxtəlif xalqların sülh, dostluq şəraitində yaşadığını, antisemitizmin heç bir əlamətinin olmadığını bildirib.
Səfir müsahibəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynadığını və bu sahədə bir çox layihələrin təşəbbüskarı olduğunu diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib.
Müsahibənin tam mətnini bu linkdən oxumaq olar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sefiri_Fransa_portalina_musahibesinde_olkemizle_bagli_heqiqetlerden_behs_edib-912217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR