Sumqayıtda Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunub

Sumqayıtda Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunub
20:13 17 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 17 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Dekabrın 17-də Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində general Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunub.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC–a bildirilib ki, tədbirdə görkəmli sərkərdənin həyat və fəaliyyəti barədə geniş məlumat verilib. Daha sonra konsert proqramı təqdim olunub.
Konsertdə məktəbin fortepiano, nağaraçalanlar, skripkaçılar ansambllarının, rəqs və xor kollektivlərinin uğurlu çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Həmçinin şagirdlərin ifasında muğam və təsniflər, eləcə də Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət ifalar da dinlənilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_Cemsid_Naxchivanskinin_120_illik_yubileyi_qeyd_olunub-912215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR