Əhməd Davudoğlu Azərbaycan prezidentinə başsağlığı məktubu göndərib

Əhməd Davudoğlu Azərbaycan prezidentinə başsağlığı məktubu göndərib
20:19 17 Dekabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davudoğlu “Günəşli” neft yatağının 10 saylı platformasında baş vermiş yanğın nəticəsində insanların ölümü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə  başsağlığı məktubu  göndərib. Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi  xəbərə görə, Davudoğlunun  başsağlığı məktubunda deyilir:

 

“Hörmətli Prezident, əziz qardaşım,

 

Dekabrın 4-də qardaş Azərbaycana rəsmi səfərdən qayıdandan sonra Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində insan ölümü ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

 

Hökumətim adından və şəxsən öz adımdan qəzada həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyir, Zati-alinizə, həlak olan insanların ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR