Berat Albayrak: "Akkuyu AES-də işlər qrafik üzrə davam edir"

Berat Albayrak: "Akkuyu AES-də işlər qrafik üzrə davam edir"
20:22 17 Dekabr 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ "Rusiyadan ən çox ikinci təbii qaz alan ölkə olaraq əlaqələrimizi davam etdirik. Hazırda bu sahədə bir problemimiz yoxdur. Qarşıdan gələn dövrdə ehtimal olunan problemlərin aradan qaldırılması ilə bağlı tədbirlər görürük".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak yerli telekanallardan birinə müsahibəsində bildirib.
"Neftin qiymətinin düşməsi Türkiyəyə müsbət təsir edəcək", - Berat Albayrak söyləyib. Onun sözlərinə görə, 2016-cı ildə neftin qiymətinin 40 dollardan ucuz olacağı proqnozlaşdırılır.
O, təbii qaz sahəsində böhranın yaşanmaması üçün Azərbaycan və İran vasitəsilə problemi həll etməyə çalışdıqlarını vurğulayıb.
O, Türkiyə ilə Rusiya arasında gerçəkləşdirilməsi nəzərdə tutulan "Mavi axın" layihəsinin ölkəsi tərəfindən dayandırıldığını da diqqətə çatdırıb. Nazir Rusiyanın tikəcəyi Akkuyu Atom Elektrik Stansiyası (AES) layihəsi ilə bağlı problemin olmadığını və işlərin qrafik üzrə getdiyini söyləyib. 
Nazir Türkiyə ilə İsrail arasındakı əlaqələrdən danışarkən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediklərini təkrarlayıb: "Türkiyə-İsrail münasibətlərinin normallaşması bölgəyə fayda verə bilər". Berat Albayrak iki ölkə arasında münasibətlərin normallaşması üçün rəsmi Ankaranın 3 şərtinin olduğunu qeyd edib.
"Bizim İsraillə üç problemimiz var idi. Biz onların üzr istəmələrini istədik (2010-cu ildə "Mavi mərmərə" gəmisində İsrail hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində Türkiyənin 9 vətəndaşı həyatını itirmişdi - "Report" ). Onlar bunu etdilər. Biz onlardan hadisə ilə bağlı kompensasiya ödəmələrini istəmişik, bunu verməyiblər. Bir də biz Fələstinə qoyulan embarqonun götürülməsini istəmişik, buna da əməl etməyiblər. Prosesin normallaşması bütövlükdə regiona, o cümlədən bizə, İsrail və Fələstinə faydalı olacaq. Bölgəmizin buna ehtiyacı var. Sülhün tez gəlməsi üçün buradakı xalqların maraqlarını fikirləşmək lazımdır", - Rəcəb Tayyib Ərdoğan vurğulamışdı.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son 5 ildə ilk dəfə iki dövlət arasında münasibətlərin normallaşmasının bölgə və tərəflər üçün vacib olduğunu vurğulayıb. 2010-cu ildə "Mavi mərmərə" gəmisində İsrail hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində Türkiyənin 9 vətəndaşı qətlə yetirilmişdi. Bundan sonra Türkiyə ilə İsrail arasında münasibət pozulmuşdu. 
Xatırladaq ki, İsrailin energetika və su naziri Yuvala Ştaynitsa Türkiyəyə təbii qaz nəqlinin mümkünlüyünü bildirmişdi.

Xəbərin orijinal ünvanı: http://report.az/region/berat-albayrak-akkuyu-aes-de-isler-qrafik-uzre-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR