Əsgər Abdullayev: "Küçə komandasının Premyer Liqada nə işi var?"

Əsgər Abdullayev: "Küçə komandasının Premyer Liqada nə işi var?"
20:27 17 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Əsgər Abdullayev AZAL-la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi bunları deyib:

“Həmişə futbolçulara demişəm ki, komandaları reytinqlərə bölmək lazım deyil. Əsas işimiz oyuna köklənmək olmalıdı. Amma görünür ki, biz hələ bunun üzərində işləməliyik. AZAL-ı qələbə münasibəti ilə təbrik edirəm. Bu komandanın öz oyun üslübu var. Bu rəqibin ünvanına “küçə komandası” kimin dediyini bilmirəm. Küçə komandasının Premyer Liqada nə işi var? Mənim Tərlan Əhmədovdan incikliyim yoxdu, ona əl uzatdım. Öz futbolçularıma qarşı əsəbi idim. Özümü çox pis hiss edirdim, dərman qəbul etməli idim. Vəziyyəti başqa dona salmaq lazım deyil". 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-sgr-abdullayev-quotkuc-komandasnn-premyer-liqada-n-ii-varquot-t46222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR