​Xaçmazda içməli su və kanalizasiya sistemlərinin yenilənmə layihəsinin ikinci mərhələsinə başlanılıb

​Xaçmazda içməli su və kanalizasiya sistemlərinin yenilənmə layihəsinin ikinci mərhələsinə başlanılıb
20:32 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ “Azərsu” ASC “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. “Report” “Azərsu”ya istinadən xəbər verir ki, Azərbaycan və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində Xaçmaz şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin ikinci mərhələsi üzrə işlərə başlanılıb.
Sözügedən layihənin ikinci mərhələsi çərçivəsində Xaçmaz şəhərində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılıb. Layihə çərçivəsində şəhərdə inşası nəzərdə tutulan 142,6 km uzunluğunda su şəbəkəsi yaradılacaq, 12 mindən çox abonent şəbəkəyə qoşulacaq və smart-sayğaclarla təmin olunacaq.
Tullantı sularının idarə edilməsi məqsədilə inşası nəzərdə tutulan 148 km uzunluğunda kanalizasiya şəbəkəsinin 12 km-lik hissəsi tikilib, 1,2 km uzunluğunda, 1400 mm diametrli kanalizasiya kollektorunun inşası isə artıq yekunlaşmaq üzrədir.
Bildirilir ki, “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xaçmazda 47 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində 10 min nəfərin içməli su təchizatı yaxşılaşdırılacaq. Ümumilikdə bu layihədən 58 min nəfərin faydalanacağı nəzərdə tutulub.
Qeyd edək ki, icrasına 2012-ci ilin aprel ayında başlanılan layihənin birinci mərhələsində Xaçmaz şəhərinin əsas su mənbəyi sayılan “Uçqun” bulağı bərpa olunub. Su mənbəyindən anbarlaradək 400 mm diametrli borularla 2 km uzunluğunda magistral su xətti çəkilib və digər işlər həyata keçirilib.



Xəbərin orijinal ünvanı: http://report.az/ask/xacmazda-icmeli-su-ve-kanalizasiya-sistemlerinin-yenilenme-layihesinin-ikinci-merhelesine-baslanili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR