"Qalatasaray"dan göndərilən baş məşqçi "Bursaspor"da

"Qalatasaray"dan göndərilən baş məşqçi "Bursaspor"da
20:52 17 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl "Qalatasaray"la yollarını ayıran Hamza Hamzaoğlunun yeni komandası məlum olub.

Milli.Az xəbər verir ki, apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis "Bursaspor"la anlaşıb.

Klub rəsmi saytı vasitəsilə bu məlumatı yayıb və Hamzaoğlunun 1,5 illik müqaviləyə imza atdığını bəyan edib. Bu gün Bursaya yollanaraq komandanın sükanı arxasına keçəcək yeni çalışdırıcı ilk oyununa dekabrın 19-da "Konyaspor"la görüşdə çıxacaq.

Qeyd edək ki, "Bursaspor" Superliqanın XIII turundan sonra Ərtoğrul Sağlamla yollarını ayırmışdı. Hamza Hamzaoğlu isə XI turda "Çaykur Rizəspor"a məğlubiyyətdən sonra "Qalatasaray" rəhbərliyi tərəfindən istefaya göndərilmişdi.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR