Muradan "Hadisə" açıqlaması

Muradan "Hadisə" açıqlaması
20:56 17 Dekabr 2015
85 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Murad Boz xəstəxanaya yerləşdirilməsi və Hadisənin onu bir an olsun belə, tək qoymaması ilə bağlı yazılanlara münasibət bildirib.

Axşam.az gecce.com-a istinadən xəbər verir ki, ifaçı bütün bunların yalan olduğunu bildirib. Yayılan xəbərlərdə Hadisənin Muradın ən çox sevdiyi yaşıl alma alaraq xəstəxanaya getdiyi, onu otağında bir an olsun belə tək qoymadığı və sevdiyi mahnıları səsləndirdiyi deyilirdi. M.Boz isə bu iddiaları “Tvitter” səhifəsində komik bir dillə yalanlayıb:

“Ötən gün verilişdə asqırdığıma görə məni xəstəxanaya “yerləşdirən” jurnalist yorulmadan Hadisənin yanıma yaşıl almalarla gəldiyini və mənə mahnı oxuduğunu yazıb. Allah qorusun, amma adam lap xəstəxanaya düşmək istəyir”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR