Poroşenko: Putin bunu ilk dəfə olaraq təsdiqlədi...

Poroşenko: Putin bunu ilk dəfə olaraq təsdiqlədi...
21:09 17 Dekabr 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna prezidenti Pyotr Poroşenko Brüsseldə keçirdikləri birgə mətbuat konfransında qeyd ediblər ki, Rusiya prezidenti Vladimir Putin bugünkü  illik mətbuat konfransında çıxışı zamanı Ukraynanın şərqində Rusiya hərbçilərinin mövcudluğunu  təsdiqləyib.   

 

Qeyd edək ki, Vladimir Putin Ukraynanın şərqində Rusiya hərbçilərinin mövcudluğu məsələsinə ukraynalı jurnalistin sualına cavabında toxunub. “Biz heç vaxt deməmişik ki, Ukrayna ərazisində müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur. Lakin bu, o demək deyil ki, orada nizamlı Rusiya ordusu var”, deyə Putin bildirib.

 

Pyotr Poroşenko NATO-nun baş katibi ilə brifinqdə qeyd olunan məsələni şərh edərkən qeyd edib ki,  Vladimir Putin bu gün Rusiya hərbçilərinin Donbasda mövcudluğunu ilk dəfə olaraq  açıq təsdiqləyib.  

 

NATO-nun baş katibi də, öz növbəsində,  Pyotr Poroşenkonun dediklərini təkrarlayaraq, Alyansın bu iddialarının açıq mənbələrə, KİV-lərə və QHT-lərə əsaslandığını vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR