Xarici maşınlarda naviqasiya sistemi niyə işləmir? - VİDEO

Xarici maşınlarda naviqasiya sistemi niyə işləmir? - VİDEO
21:12 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Tanınmış avtomobil şirkətlərinin əksəriyyəti Azərbaycana göndərilən avtomobillərdə GPS naviqasiya sistemləri quraşdırmırlar. Halbuki bir çox ölkələrə bu maşınlar həmin dildə hazırlanmış naviqasiya sistemi ilə birgə göndərilir. "Xəzər Xəbər" bu problemin nədən qaynaqlandığını və necə həll olunmalı olduğunu araşdırıb.

Azərbaycana gətirilən avtomobillərin çoxunda naviqasiya sistemi işləmir. Bu avtomobillər tutaq ki, Avropa ölkələrində satılarkən naviqasiya sistemləri üzərində olsa da Azərbaycana gətirilən avtomobillər üçün bunu demək mümkün deyil. Mütəxəssislərin fikrincə bu mənzərənin yaranmasına səbəb Azərbaycanda sürücülərin bu texnoloji yeniliyə olan münasibətindən qaynaqlanır...

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, ekspertin sözlərinə görə naviqasiya sistemi üçün 2 min dollara yaxın pul xərcləyən avtomobil istehsalçıları onsuz da maraq olmayan bir yerdə bu pulu avtomobilin qiymətinin üzərinə əlavə edərək alıcılarını itirmək istəmirlər. Bunun başqa bir səbəbi isə Azərbaycanın bir çox avtomobil şirkətləri üçün kiçik bir bazar rolunu oynamasıdır.

Hazırda yalnız bir avtomobil şirkətinin maşınlarında naviqasiya sistemləri hazır halda üzərində gəlir. Mütəxəssislər bildirir ki, sürücülərin naviqasiya sistemlərinə olan marağı artdıqca Azərbaycan müştəriləri üçün digər avtomobil şirkətləri də naviqasiya sistemləri hazırlayacaqlar. Bunun üçün isə Azərbaycanda elektron ünvanlaşdırma tam başa çatmalı və avtomobil şirkətləri öz məlumat bazalarını bu elektron sistemlə uzlaşdırmalıdırlar.

Avtomobillərə sonradan quraşdırılan naviqasiya sistemlərinin qiymətləri isə 300 manatdan başlayır. Qiyməti kifayət qədər çox olmasına baxmayaraq mütəxəssislər bu sistemlərdə də çatışmazlıqların olduğunu deyirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR